Madriddə yarışın baş tutacağına əmindirlər
Formula 1 təqvimində sentyabr ayında debüt etməli olan Madrinq trası İspaniya Qran Prisini qəbul edəcək.
Formula 1 təqvimində sentyabr ayında debüt etməli olan Madrinq trası İspaniya Qran Prisini qəbul edəcək.
Kokpit.az bildirir ki, Madriddə avtodromun tikintisi davam edir və vaxtaşırı təşkilatçıların bütün işləri vaxtında çatdıra bilməyəcəyi ilə bağlı şayiələr yayılır. Avtodromun baş direktoru Luis Qarsiya Abad bildirib ki, bu şayiələr həqiqətə uyğun deyil və yarış baş tutacaq.
Luis Qarsiya Abad: “Bizim yerimizə başqa yarışın keçirilməsi müqavilə şərtlərinə görə mümkün deyil. Şayiələr elə şayiədir – onlar Formula 1 paddokunda hər gün dolaşır, amma bizim vəziyyətimizdə belə deyil. Biz İmola və Türkiyə ilə bağlı şayiələr eşitmişik, lakin hansısa tras gündəmə gələndə bunlar həmişə ortaya çıxır. Bizim üçün bu problem deyil. Yarışın keçiriləcəyinə heç bir şübhəm yoxdur. FIA, FOM və biz mərhələnin keçirilməsinə mane ola biləcək heç bir problem görmürük.”
Formula 1üzrə 2016-cı ilin Dünya Çempionu Niko Rosberq Madrinqdə ötmə imkanlarının kifayət qədər olmamasını tənqid edib. Almaniyalı sabiq pilot trasın səfiri Karlos Saynsın da bu məsələyə görə məsuliyyət daşıdığını...
Madrinqdə keçirilən ilk İspaniya Qran Prisindən sonra trasın təşkilatçıları 2027-ci il yarışından əvvəl ötmələri artırmaq üçün dəyişikliklər etməyə hazır olduqlarını açıqlayıblar.
Fernando Alonso Karlos Saynsla yarış zamanı yaşadığı insidentin lazımsız olduğunu bildirib. Aston Martin pilotu yeni Madrinq trasında ötmələrin gözlənildiyindən asan olduğunu, lakin 15, 16 və 17-ci döngələrdə müəyyən...
Copyright © 2026 · Bütün hüquqlar qorunur
Şərh əlavə et