UFC® FIGHT NIGHT: FIZIEV vs TORRES tədbirinin biletləri 15 may, cümə günü saat 10:00-da iTicket üzərindən satışa çıxarılacaq. Fight Club üzvləri 13 may, çərşənbə günü saat 10:00-da bilətlərini əldə edə biləcəklər. Tədbirə maraq göstərərək öncədən qeydiyyatdan keçən şəxslər isə biletləri 14may, cümə axşamı günü eyni saatda əldə edəcəklər.
2025-ci ildə uğurla baş tutmuş debüt tədbirindən sonra UFC yenidən Bakıya qayıdaraq döyüş idman həvəskarlarına Oktaqonda® daha bir yüksək gərginlikli gecə təqdim edəcək. Dünyanın müxtəlif ölkələrindən olan elit idmançıların iştirakı ilə keçiriləcək bu gecə həm uzun illərin UFC azarkeşləri, həm də yeni izləyicilər üçün ilin ən yaddaqalan idman hadisələrindən biri olmağa namizəddir.
Azarkeşlərin sevimlisi Fiziev (13-5) dağıdıcı “striking” texnikası və yüksək səviyyəli Muay Thai nokaut gücü iləyenidən Oktaqona qayıdır. Yüngül çəki döyüşçüsü Rafael dos Anjos və Brad Riddell üzərində qazandığı yaddaqalan qələbələrlə tanınır. Ötən ilin iyununda Bakıda Ignacio Bahamondes üzərində yekdil qərarla qalib gələn reytinqin 9 nömrəli döyüşçüsü Azərbaycan tamaşaçılarını yenidən coşdurmağa çalışacaq.
Torres (17-3, Meksikanın Çiuaua ştatının Ciudad Madera şəhərini təmsil edir) isə qələbələrinin 17-dən 16-sını ilk raundda başa vuraraq qısa müddətdə diqqət çəkən iddiaçılardan birinə çevrilib. UFC-də keçirdiyi bütün beş qələbəli döyüşdən bonus qazanan Torres Grant Dawson, Drew Dober və Nikolas Motta üzərində möhtəşəm finişlərlə yadda qalıb və yüngül çəki reytinqində yüksəlişini davam etdirmək niyyətindədir.
Gecənin ikinci əsas qarşılaşmasında nokaut ustası Şara Maqomedov (16-1, Dağıstan, Rusiya) orta çəkidə Mişel Pereyra (32-14, 2 NC, Rio-de-Janeyro, Braziliya) ilə qarşılaşacaq. Hər iki döyüşçü qeyri-adi “striking” üslubu ilə tanındığından bu qarşılaşmanın gecənin ən baxımlı döyüşlərindən biri olacağı gözlənilir.
Turnirin digər döyüşləri:




Şərh əlavə et