F2 hibrid motorlara keçməyəcək

F2 hibrid motorlara keçməyəcək
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Formula 1-in 2026-cı qaydaları ilə keçirdiyi böyük dəyişiklikdən sonra Formula 2-nin niyə fərqli texniki istiqamətdə qaldığı yenidən müzakirə mövzusuna çevrilib. Lakin F2-də hibrid güc qurğusuna keçid hazırda gündəmdə deyil.

Formula 2 2024-cü ildə təqdim olunan hazırkı nəsil bolidlərlə üç mövsüm yarışdıqdan sonra 2027-ci ildə yeni maşına keçməyə hazırlaşır. Ancaq bu dəyişiklik tamamilə yeni inqilab olmayacaq. Daha çox mövcud paketin inkişaf etdirilmiş versiyası hazırlanacaq.

Hazırkı bolidlər italiyalı istehsalçı Dallara tərəfindən hazırlanır və layihəyə F2-nin texniki direktoru Pyer-Alen Mişo rəhbərlik edir.

Formula 1-in 2026-cı ildən aktiv aerodinamika və yeni enerji idarəetmə sistemlərinə keçməsi ilə F2 texniki və vizual baxımdan F1-dən daha da uzaqlaşmağa başlayıb. F1-də DRS sistemi arxa plana keçdiyi halda, F2 hələ də DRS istifadə etməyə davam edir.

2027-ci il bolidi üçün nəzərdə tutulan dəyişikliklər isə vizual baxımdan F1-ə daha yaxın görüntü yaratmağı hədəfləyir.

F2-nin baş direktoru Bruno Mişel bu barədə danışarkən belə deyib: “Aerodinamik quruluşu dəyişəcəyik və inkişaf etdirəcəyik, bu dəqiqdir. Amma tamamilə yeni bolid hazırlamayacağıq, çünki xərcləri nəzarətdə saxlamaq istəyirik”.

Mişelin sözlərinə görə məqsəd komandaların üzərinə əlavə ehtiyat hissə yükü qoymadan aerodinamikanı yeniləmək və bolidi görüntü baxımından Formula 1-ə yaxınlaşdırmaqdır.

F2-nin DRS sistemindən tam imtina edib-etməyəcəyi də hələ dəqiq deyil. Seriyada müxtəlif alternativlər müzakirə olunur. Bunlardan biri də “Push-to-Pass” tipli sistemlərdir.

Bruno Mişel bu barədə bunları bildirib: “Müxtəlif seçimlərimiz var. Formula 1-dəki sistemlər və ya Push-to-Pass kimi alternativlər üzərində danışırıq. Ancaq bunu eyni güc qurğusu ilə balanslaşdırmaq lazımdır”.

Lakin ən vacib mesaj hibrid sistemlə bağlı olub. Formula 2-nin hibrid mühərrikə keçməyəcəyi açıq şəkildə təsdiqlənib: “Bu istiqamətdə getməyəcəyik, qətiyyən hibrid sistemə keçməyəcəyik. Belə dönüşüm üçün heç bir resursumuz yoxdur. Bu, dəqiqdir. Aramco ilə birlikdə davamlı və sintetik yanacaq üzərində işləməyə davam edəcəyik. Bizim əsas prioritetimiz budur”.

Bunları da oxuyun

Şərh əlavə et