Pirelli şirkəti fevralın sonunda Bəhreyndə yağış təkərlərinin testlərini keçirməyi planlaşdırmış, lakin silahlı münaqişə səbəbindən bu plan ləğv olunmuşdu. İndi isə həmin testlər gələn həftə – 14 və 15 aprel tarixlərində sonuncu dəfə 2020-ci ildə Formula 1 mərhələsinə ev sahibliyi etmiş Nürburqrinqdə baş tutacaq.
Testlərdə komandaların əsas sürücüləri Lando Norris, Oskar Piastri, Corc Rassell və Kimi Antonellinin sükan arxasına keçəcəyi gözlənilir.



Şərh əlavə et