Xəbəri Kokpitdə Oxuyun!

Komanda rəhbərləri nə qədər qazanır?

BusinessBookGP nəşri 2026-cı il üçün Formula 1 komandalarının rəhbərlərinin maaşlarını açıqlayıb. Mənbələrin məlumatına görə, bu mövsümdə ən yüksək maaş Aston Martin komandasının rəhbəri Ədrian Nyuiyə məxsus olub.

Nyuinin maaşı əksər sürücülərin qazanclarını üstələyir və bu vəzifə üçün astronomik sayılan illik 37 milyon avro təşkil edir. Maaş siyahısında ikinci yeri McLaren Racing-in icraçı direktoru Zek Braun tutur. O, təkcə Formula 1 komandasına deyil, həm də IndyCar layihəsinə cavabdehdir.

Hərəyə 8 milyon avro qazananlar arasında Toto Volf, Frederik Vassyör və Mattia Binotto yer alıb. Siyahını isə Alpine komandasının idarəedici direktoru Stiv Nilsen bağlayır – onun illik maaşı 800 min avro olub.

Formula 1 – 2026 komanda rəhbərlərinin maaşları

Rəhbər Komanda Maaş
Adrian Newey Aston Martin 37 mln €
Zak Brown McLaren 12 mln €
Toto Wolff Mercedes 8 mln €
Frederic Vasseur Ferrari 8 mln €
Mattia Binotto Audi 8 mln €
James Vowles Williams 7.5 mln €
Laurent Mekies Red Bull Racing 7 mln €
Andrea Stella McLaren 6 mln €
Alan Permane Racing Bulls 5 mln €
Flavio Briatore Alpine 2.5 mln €
Ayao Komatsu Haas 2 mln €
Graeme Lowdon Cadillac 2 mln €
Steve Nielsen Alpine 800 min €

Rauf Hacıyev

Şərh əlavə et