Əfsanəvi Ferrari şirkətinin qurucusu Enzo Ferrari ötən əsrin ikinci yarısında Formula 1-də Scuderia ilə rəqabət aparan britaniyalı komandalarla bir qədər təkəbbürlü münasibəti ilə tanınıb və onları “qarajçılar” adlandırıb. Onlar isə Komendatoreyə “eyni cavabı verib” və ona XVI əsrdə məşhurlaşmış pirat Frensis Drekin şərəfinə Il Drek ləqəbini veriblər.
Məhz buna görə yeni sərgi “I Nemici del Drake”, yəni sözün əsl mənasında “Drekin düşmənləri” adlanıb və 60-cı illərdən 80-ci illərə qədər Ferrari ilə rəqabət aparan britaniyalı komandalar və onların sürücülərindən bəhs edir. Sərgidə 23 tarixi avtomobil, yarış dəbilqələri, kombinezonlar və həmin dövrə aid digər eksponatlar nümayiş etdirilib. Bu avtomobillərdən üçü Maranelloda hazırlanıb, qalan bolidlər isə britaniya istehsalı olublar.
Sərgidə həmçinin Cooper, March, Lotus, Brabham və McLaren kimi komandaların unikal maşınları təqdim olunub, eləcə də yarış fotoqrafiyasının ən yaxşı ustalarından biri sayılan alman fotoqraf Rayner Şlegelmilxin maraqlı işlər qalereyasını görmək mümkündür.




Şərh əlavə et