Görüşün gündəliyində üç əsas məsələ var – təhlükəsizlik, kvalifikasiya və düzlüklərin sonunda batareyanın boşalması səbəbindən sürətin azalması.
Təhlükəsizlik mövzusu Suzukada Oliver Bermanın qəzasından sonra ön plana çıxıb. Belə ki, toqquşma zamanı ona təsir edən pik yüklənmə 50g olub.
Sürücülər kvalifikasiya ilə bağlı narazıdırlar, çünki enerji idarəetməsi səbəbindən artıq sürətli dövrədə tam güclə sürmək mümkün olmur. Bu da poul uğrunda mübarizədə sürücülərin maksimum performans göstərməsi zərurətini azaldır.
The Race-in məlumatına görə, hazırda problemlərin həlli üçün altı mümkün variant müzakirə olunur. Bunlara superklipping limitinin artırılması, maşınların yavaşladılması, bərpa olunan enerjinin məhdudlaşdırılması, aktiv aerodinamika qaydalarının yenidən nəzərdən keçirilməsi, mühərrik konstruksiyasında dəyişikliklər və ümumi reqlamentin sadələşdirilməsi daxildir. Əsas sual isə FIA, komandalar və istehsalçıların bu dəyişikliklərdə nə qədər irəli getməyə hazır olmasıdır.
Digər nəşr Racingnews365 bildirir ki, aprel fasiləsi ərzində daha bir neçə görüş planlaşdırılıb və burada əsas diqqət 2026-cı il texniki reqlamentinin detalları üzərində cəmlənəcək.
Bütün dəyişikliklər qısa müddətdə təsdiqlənməlidir, çünki növbəti mərhələ olan Mayami Qran Prisi mayın 3-də keçiriləcək.




Şərh əlavə et