2026-cı ildə Adidas Mercedes və Audi komandaları ilə əməkdaşlıq edir, lakin Bild nəşrinin məlumatına görə, 2027-ci ildə alman idman geyimi istehsalçısı Red Bull Racing ilə tərəfdaş olacaq. Tərəflər üçillik müqavilə imzalayacaq və bu müqaviləyə əsasən komanda hər mövsüm təxminən 27 milyon avro gəlir əldə edəcək.
Razılaşma rəsmi olaraq hələ təsdiqlənməyib. Adidas nümayəndəsi şirkətin şayiələrə şərh vermədiyini bildirib.




Şərh əlavə et