Əvvəlcə Pirelli quru təkərlərlə işləməyi planlaşdırsa da, hava proqnozu yağış göstərdiyi üçün proqram dəyişdirilib və gün yağış və keçid (intermediate) təkərlərinə həsr olunub. Testlərdə iki komanda – Red Bull Racing və Racing Bulls iştirak ediblər. Hər komanda bir maşın və bir sürücü ilə çıxış edib. Sükan arxasına Ayzek Hacar və Liam Louson keçiblər. Əvvəlcədən elan olunsa da, Yuki Tsunoda testlərdə iştirak etməyib. Belə ki, hava proqnozunu nəzərə alan Red Bull əsas sürücünü istifadə etməyə qərar verib.
Hər iki sürücü səhər saatlarında, gecə yağan güclü yağışdan sonra tras hələ tam qurumadığı vaxt müxtəlif yağış təkərlərini, o cümlədən yeni protektor variantını sınaqdan keçiriblər.
Günün ikinci yarısında isə tras tədricən quruduqca keçid təkərlərinin müxtəlif variantları ilə oxşar proqram yerinə yetirilib, lakin növbəti leysan sessiyanı vaxtından əvvəl başa çatdırıb.
Hacar 69 dövrə vuraraq ən yaxşı nəticəni məhz keçid tərkiblər ilə – 1:45.510 göstərib. Louson isə 65 dövrə vurub və onun ən yaxşı nəticəsi də keçid təkərlərində – 1:48.025 olub.
Çərşənbə günü fransız sürücü yenidən Red Bull-un sükanı arxasına keçəcək, Lousonu isə komanda yoldaşı Arvid Lindblad əvəz edəcək. Hava proqnozu yaxşılaşma vəd etmədiyindən, böyük ehtimalla yağış təkərlərinin testləri davam edəcək.




Şərh əlavə et