Ferrari Kanadaya yeni versiya mühərriklə gələ bilər

Ferrari Kanadaya yeni versiya mühərriklə gələ bilər
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mövsüm ərzində mühərriklərin təkmilləşdirilməsini tənzimləyən ADUO proqramı güc qurğuları arasındakı fərqi qiymətləndirib. Bu sistemə görə liderdən (hazırda Mercedes) 2 faizdən çox geri qalan istehsalçılar əlavə inkişaf imkanları əldə edib, fərq 4 faiz və 6 faizə çatdıqda isə daha ciddi güzəştlər tətbiq olunub.

Ölçmələrin nəticələrinə əsasən, Ferrari-nin daxili yanma mühərriyi Mercedes-dən 2 faizdən çox geri qalıb – bu fakt FIA tərəfindən rəsmi şəkildə təsdiqlənib. Bu isə o deməkdir ki, Mayami Qran Prisindən sonra – Kanada mərhələsində Ferrari yeni mühərriyi homologasiya edib maşınlarına quraşdırmaq imkanı əldə edəcək.

Hər şey bu mühərriyin həmin vaxta hazır olub-olmamasından asılıdır, lakin komanda rəhbəri Frederik Vassyör Suzukada işlərin tam sürətlə getdiyini təsdiqləyib.

Güc qurğusunun bütövlükdə yeni versiyasına gəlincə, Corriere della Sera-nın məlumatına görə, o, iyunun ortalarına hazır olacaq və Barselona mərhələsində debüt edəcək.

Qısa xülasə: Ferrari mühərrik gücündə Mercedes-dən geri qaldığı üçün qaydalara əsasən əlavə inkişaf imkanı qazanıb və komanda bu fürsətdən istifadə edərək, yeni güc qurğusu hazırlayıb. Maranelloda batareya konfiqurasiyasını dəyişmək qərarı verilib və hesab ediblər ki, bu yanaşma uzunmüddətli perspektivdə özünü doğruldacaq.

Bunları da oxuyun

Şərh əlavə et