Xəbəri Kokpitdə Oxuyun!

Ferrari apreldə testlər edəcək

Bəhreyn və Ciddə mərhələlərinin ləğvindən sonra yaranan fasilədən istifadə edən Ferrari komandası apreldə üç dəfə testlərdə işləyəcək.

Kokpit.az bildirir ki, “qırmızılar” bu müddət ərzində həm TPC, həm təkər, həm də çəkiliş günü keçirəcək. Proqram isə aşağıdakı kimidir.

1–2 aprel tarixlərində Mucello trasında TPC (keçmiş maşınlarla test) proqramı çərçivəsində testlər keçiriləcək. Bu sessiyalarda Antonio Covinatsi, Artur Lekler və Antonio Fuoko iştirak edəcəklər.

9–10 aprel tarixlərində Fyorano trasında Ferrari, Pirelli-yə 2027-ci il mövsümü üçün təkər prototiplərinin testində kömək edəcək. Komanda maşın, sürücü və mexanikləri təmin edəcək. Plan üzrə keçid (intermediate) və yağış təkərləri ilə işlənəcək, əgər yağış yağmasa, tras süni şəkildə isladılacaq.

22 aprel tarixində Monza trasında komanda rəsmi çəkiliş günü keçirəcək. Bu gün çərçivəsində Mayami mərhələsi üçün hazırlanmış yeniliklər yoxlanılacaq. Belə test günlərində Pirelli-nin nümayiş təkərləri ilə maksimum 200 kilometr məsafə qət etməyə icazə verilir.

Rauf Hacıyev

Şərh əlavə et