Bu çempionatda dünyanın ən sürətli 237 pilotu və 26 ölkə gərgin mübarizə aparıb. Türkiyə millisi son mərhələyə 2-ci yer ilə vəsiqə qazanıb.

Final mərhələsində isə ən güclü 3 ölkə — Fransa, Türkiyə və Polşa — hər biri 5 pilotdan ibarət heyətlə çempionluq uğrunda mübarizə aparıblar.
WOLFLINE RACING (WLR) — Türkiyənin ən güclü komandalarından biridir və məhz bu komandanın tərkibində Yaqub Əliyevlə yanaşı Batuhan Bilgin, Samet Özşahin, İlker Irklı və Özcan Yılmaz çıxış edib.

Çempionatın son mərhələsi Autopolis International Racing Course trekində baş tutub. Yarış 33 dövrədən ibarət olub.
Yarış zamanı məcburi pit-stop nəzərdə tutulub. Pilotlar orta (medium) və yumşaq (soft) təkərlər arasında seçim etməli olublar. Eyni zamanda yanacaq sərfiyyatı da aktiv olub.
Yarış avtomobili: AUDI RS 5 Turbo DTM

Gərgin mübarizə şəraitində keçən yarışın yekununda, ilk beşlikdə qalibdən sonrakı bütün yerlər Türkiyə pilotlarına nəsib olub. Bu nəticə Türkiyə millisinin çempionluğunu rəsmiləşdirib.
Yarış zamanı Yaqub Əliyev daha sürətli rəqiblərə qarşı ustalıqla müdafiə olunaraq əsl master-klass nümayiş etdirib və bu, həm onun, həm də komanda yoldaşlarının yüksək mövqelərdə finişə çatmasına mühüm töhfə verib. Fransa millisi yarışı ikinci, Polşa millisi isə üçüncü pillədə başa vurub.





Şərh əlavə et