Xəbəri Kokpitdə Oxuyun!

Mercedes-in ön qanadı araşdırılır

Ferrari komandası FIA-ya Mercedes bolidində istifadə olunan “iki fazalı” ön qanad ilə bağlı müraciət edib.

Bu sistemdə əyləcləmə zamanı klapanların açıq vəziyyətdən qapalı vəziyyətə keçidi gözlənildiyi kimi hamar yox, sanki iki mərhələdə baş verir.

Mercedes-in ön qanadının qeyri-adi işləməsi Çin Qran Prisi zamanı diqqətləri cəlb edib. Federasiyanın texniki xidmətlərinin verəcəyi cavab digər komandaların addımlarını müəyyənləşdirəcək. Əgər bu həll qaydalara uyğun hesab olunarsa, rəqiblər də onu kopyalayacaq.

Rauf Hacıyev

Şərh əlavə et