Xəbəri Kokpitdə Oxuyun!

D.Kulthard: Titrəmə bolidə zərər verir

Sabiq Formula 1 pilotu Devid Kulthard hesab edir ki, Aston Martin-in mühəndisləri və Honda-nın motoristlərinin mübarizə apardığı vibrasiya problemləri sürücülərə narahatlıq yaratmaqdan daha çox bolidin sıradan çıxmasına səbəb olur.

Fernando Alonso həddindən artıq vibrasiyalara görə Çin Qran Prisinin 32-ci dövrəsində mübarizəni dayandırmalı olub. Aston Martin komandası yarışı davam etdirməkdən imtina etməzdən əvvəl, ikiqat Dünya Çempionu radio vasitəsilə «əllərim və ayaqlarım hissiyyatını itirməyə başlayır» deyə şikayət edib.

Devid Kulthard isə bildirib ki, vibrasiyaların sürücülərə təsirinin düşünüldüyündən daha az ola biləcəyini bildirib: “Gəlin mənzərəyə bir də ümumi baxmağa çalışaq. Bu halda Fernandonun AMR26 sükanı arxasında konkret nə hiss etdiyini bilmədən danışıram. Onun Aston Martin-indən çəkilmiş onboard videolarına baxanda xatırladım ki, mən də təkərlərdə “yeyilmələr” olanda, disklərdən balans çəkiləri qopanda maşın sürmüşəm və bu da sükan üzərindən ötürülən vibrasiyalara səbəb olurdu.

Sükan fiziki olaraq titrəyirdi, amma mən heç vaxt buna görə Qran Pridən çəkilməmişəm, çünki hər zaman xal qazanmaq istəyirsən. Amma pit-stop etmək imkanı varsa, bundan istifadə edirdim.

Siz tikintidə işləyən insanları görmüsünüz. Onlar bütün gün ərzində perforator və ya “otboynik”lə işləyirlər və bunu hər gün edirlər. Heç kim demir ki, “bu gün işə gəlməyəcəyəm, çünki əllərim ağrıyır”.

Bəlkə də komanda bu narahatlıq faktorundan istifadə edərək diqqəti sadəcə Honda-ya yönəldir? Məncə, bütün bunlar sürücülərdən daha çox bolidin etibarlılığı ilə bağlı problemlərdir.

Şəxsən mən hesab edirəm ki, hər bir sürücü, əgər bu ona saniyənin onda biri qədər üstünlük qazandıracaqsa, eyni anda benzin mişarı ilə işləyə-işləyə milli himni tərsinə oxumağı belə öyrənməyə hazırdır”.

Rauf Hacıyev

Şərh əlavə et