Xəbəri Kokpitdə Oxuyun!

A.Aqaq: F1 V8-lərə qayıtmalıdır

Formula E-nin qurucusu Alexandro Aqaq hesab edir ki, Formula 1 yeni reqlamentlə səhv istiqamətə yönəlib. İspaniyalının sözlərinə görə, bu dəyişikliklərdə Mercedes komandasının rəhbəri Toto Volfun rolu böyük olub və o, yeni nəsil güc qurğularına keçidi fəal şəkildə dəstəkləyib.

Kokpit.az xatırladır ki, bu ildən etibarən Formula 1-də daxiliyanma mühərriyi ilə elektrik mühərriyi 50/50 nisbətində güc verir

Alexandro Aqaq: “Mercedes-in Formula E-dən ayrılma səbəbi bizim konsepsiyanı kopyalamaq və onu Formula 1-ə gətirmək idi. Formula 1-də baş verənlərin əsas ilham mənbəyi Mercedes və Toto Volfdur.

Toto bizim yanımıza gəlmişdi, burada baş verənləri görmüşdü və demişdi: “Mən bunu Formula 1-ə gətirəcəyəm. Mən Formula 1 ilə Formula E-ni birləşdirəcəyəm”. Bu onun ideyası olduğu üçün indi onun komandası üstünlüyə malikdir və bu, sürət fərqində açıq şəkildə görünür.

Mən hesab edirəm ki, bu cür reqlament Formula 1-ə uyğun deyil. Formula 1 böyük və səsli daxili yanma mühərriklərinə – V8-lərə qayıtmalıdır. Formula E isə elektromobillər çempionatı olaraq qalmalıdır. Hazırda Formula 1 iki ucdan birinin arasında qalıb – nə tam odur, nə də bu”.

Rauf Hacıyev

Şərh əlavə et