DTM CONNEXION WORLD Championship
Gran Turismo 7 platformasında keçiriləcək.
Çempionatın 7-ci mərhələsi Yas Marina trekində baş tutacaq. Yarışın müddəti 60 dəqiqədir.
Yarış zamanı məcburi pit-stop nəzərdə tutulub. Pilotlar orta (medium) və yumşaq (soft) təkərlər arasında seçim etməlidirlər. Eyni zamanda yanacaq sərfiyyatı da aktiv olacaq.
Yarış avtomobili: Ferrari 296 GT3
WOLFLINE RACING (WLR) — Türkiyənin ən güclü komandalarından biridir.

Yaqubun komanda yoldaşı Samet Özşahin olacaq. Onlar illər öncə Toyota Gazoo Racing-in təşkil etdiyi simulyator yarışında birlikdə çıxış ediblər və bu yarışda yenidən bir araya gəlirlər.
Bu çempionatda həm komanda, həm də ölkələr üzrə birincilik uğrunda mübarizə aparılır. Hal-hazırda ölkə hesabında komanda 3-cü yerdə, ümumi sıralamada isə 2-ci pillədədir.

Dünyanın ən sürətli 200 pilotu arasında Yaqub və Samet birlikdə ilk 14-lükdə yer alaraq güclü rəqabət aparırlar.
Əsas məqsəd — yarışı ilk 5-likdə başa vurmaqdır.
Yarış Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və Youtube vasitəsilə canlı izləmək mümkün olacaq.
Çempionatda vəziyyət belədir





Şərh əlavə et