Aerodinamikanın atası sayılan Nyui keçən ilin mart ayında Aston Martin-ə “icraçı texniki tərəfdaş” kimi qoşulmuş və eyni zamanda komandanın səhmdarlarından biri olmuşdu. 2025 -ci il mövsümünün son həftələrində isə komanda rəhbəri vəzifəsinə gətirilərək, karyerasında ilk dəfə bir F1 komandasını idarə etməyə başlamışdı.
67 yaşlı mütəxəssis son aylarda verdiyi açıqlamalarda bu vəzifənin müvəqqəti olacağına işarələr vermiş, Qətər Qran Prisi zamanı yeni məsuliyyətlərinin onu texniki işlərdən uzaqlaşdırmamasını istədiyini bildirmişdi.
Bu həftənin əvvəlində Conatan Vitlinin Aston Martin-ə komanda rəhbəri olacağı ilə bağlı şaiyələr çıxmışdı. Dünən isə rəsmi açıqlama ilə Vitli, Audi ilə yollarını ayırıb. Nyui və Vitli daha əvvəl Red Bull Racing-də birlikdə çalışmış və Sebastyan Fettel ilə Maks Ferstappen dövrlərindəki uğurlarda mühüm rol oynamışdılar.
Avstraliya Qran Prisində danışan Ədrian Nyui mövcud rolunu belə şərh edib: “Avtomobilin performansını artırmaq üçün istədiyim vaxtı ayıra bilirəmmi? Bunu sınayıram. Bunun üçün son dərəcə bacarıqlı departament rəhbərlərinə güvənirəm. Yeni kadrlar şöbəsi rəhbərimiz çox səriştəlidir, vəzifəyə başlamasından bir həftə keçsə də, dərhal uyğunlaşdı.
Enriko Kardile çox bacarıqlı Texniki direktordur, baş əməliyyatçı Pol Fild isə təcrübəli. Həmçinin baş maliyyəçi Robert Yoart kimi əsas şəxslərə də güvənirəm.
Bunun sayəsində vaxtımı daha səmərəli istifadə edə bilirəm. Mühəndislik tərəfdə Enriko ilə birlikdə, Red Bull-dakı ilk dövrlərimə nisbətən təşkilat mədəniyyəti qurmaq kimi məsələlərə daha az vaxt sərf etməliyəm.
İş metodları, ünsiyyət və departamentlərarası boşluqlar üzərində hələ də çalışırıq. Lakin komanda çox bacarıqlıdır və artıq birlikdə daha yaxşı işləyirlər. Bu rol mənim əsas işimdən uzaqlaşdırırmı? Bir az. Hazırda ən böyük diqqət dağıdıcı faktor Honda ilə birgə aparılan işlərdir. Ancaq idarəetmə strukturu tam formalaşanda bunun problem yaradacağını düşünmürəm.
Red Bull-da da oxşar rolum var idi, amma mühəndislik departamenti ilə məhdudlaşmışdı. Burada isə bütün təşkilatı əhatə edir, bu baxımdan daha geniş bir roldur”.




Şərh əlavə et