Audi-də xaos var?

Audi-də xaos var?
Audi Revolut F1 Team R26 Livery - Launch
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Aston Martin komandasında komanda rəhbəri postunda Adrian Nyuini əvəz edə biləcək mütəxəssis axtarıldığı barədə şayiələr cəmi üç gün əvvəl ortaya çıxıb. Demək olar ki, dərhal bu kontekstdə Conatan Vitlinin adı hallanıb. Lakin britaniyalı mütəxəssis hələ ötən həftə Şanxayda belə demişdi: "Audi F1-də işlədiyim bu 11 ay ərzində əldə etdiklərimizə görə qürur hissi keçirirəm".

Lakin dünən onun Audi-nin Sauber bazasında qurulan zavod komandasından ayrıldığı məlum olub. Təəccüblü deyil ki, bu xəbər İsveçrədə  xüsusilə ağrılı qarşılanıb.

İsveçrənin Blick nəşrində yenicə dərc olunan məqalədən bir neçə sitat təqdim edirik. Məqalənin bölmələrindən biri “Audi-də xaos hökm sürür” başlığı ilə verilib: “Köhnə hekayə yenidən təkrarlanır: Formula 1-də müqavilələr çox vaxt yazıldığı kağıza dəymir. Bu “sirkdə” “sadiqlik” anlayışını demək olar ki, heç kim tanımır… Qısası, eqoist maraqlar həmişə prioritet olaraq qalır. İndi Vitli də bu ittihamla yaşamalı olacaq…

Çoxdan məlum idi ki, şirkət daxilində Binotto ilə Uitli arasında səlahiyyətlərin bölünməsi ilə bağlı fikir ayrılıqları yaranıb. Lakin bütün bunlar pərdəarxasında baş verib və Audi-də ictimaiyyət qarşısında komandada hakimiyyət uğrunda mübarizə getdiyini inkar ediblər…

Adrian Nyuinin komanda rəhbəri vəzifəsinə təyin olunmasının səhv olduğu dərhal aydın olmuşdu. Bu aerodinamika dahisi, bəzən kənar kömək olmadan öz otelinə gedən yolu belə tapa bilməyən biri kimi, yalnız bir çıxış yolu görürdü – özünə uyğun varis tapmaq…

Nəhayət, belə bir insan tapılıb. Özünü müdafiə etmək üçün Vitli yalnız onu deyə bilər ki, Tsuq gölünün sahilində yaşamaq ona uyğun deyil, baxmayaraq ki, o, həmişə burada xoşbəxt olduğunu deyirdi. Buna görə də o, ailəsi ilə birlikdə Böyük Britaniya adasına qayıdır. Burada Silverstounda Aston Martin-in bazası yerləşir və bu, onun əvvəllər işlədiyi Milton-Kinsdən cəmi 20 km məsafədədir…

Audi-də isə yenidən komanda rəhbəri vəzifəsinə uyğun namizəd axtarışına başlanılıb. Andreas Zaydl Sauber-dən iki ildən çox əvvəl uzaqlaşdırılıb, ondan əvvəl isə McLaren-dən ayrılmalı olub. Hadisələrin necə inkişaf edəcəyindən asılı olmayaraq, Audi ilk növbədə hazırkı vəziyyətin nəticələrini aradan qaldırmalı olacaq və bu proses komandanı geri salacaq.

Alman şirkətinin rəhbəri Gernot Döllner artıq kadr təyinatları ilə bağlı səhvlərə yol verə bilməz. Maraqlı faktdır ki, son üç ayda Audi-də artıq üç mətbuat xidməti rəhbəri dəyişib…”

Bunları da oxuyun

Şərh əlavə et