Xəbəri Kokpitdə Oxuyun!

F1-in yarış direktoruna yeni müavin təyin olunub

FIA Formula 1-də yarış direktorunun yeni müavininin təyin olunduğunu elan edib. Bu vəzifəyə Pol Börns gətirilib və o, yarış direktoru Rui Markeşə kömək edəcək.

Börnsün təyinatı 2026-cı ilin əvvəlində bu vəzifədən ayrılan Kler Dabbəlmanın gedişindən sonra baş tutub. O, Səudiyyə Ərəbistanının Avtomobil və Motosiklet Federasiyasında işləməyə keçmişdi. Onun istefasından sonra vəzifə vakant qalmışdı və Formula 1 mövsümünün ilk iki mərhələsində Markeşin müavini yox idi.

Şimali irlandiyalı mütəxəssis FIA-ya 2023-cü ildə qoşulub. Yeni vəzifəyə qədər Pol Börns Formula 2, Formula 4 və Makao Qran Prisində keçirilən Formula Regional seriyalarında yarış direktorunun müavini kimi çalışıb.

FIA-ya keçməzdən əvvəl Börns Formula One Management-də işləyib, burada xronometraj işlərinə cavabdeh olub və Formula 1 yarışlarının nəticələrinin yekun təsdiqində iştirak edib. Daha əvvəl isə Böyük Britaniya və İrlandiyadakı müxtəlif avtodromlarda xronometraj sahəsində fəaliyyət göstərib.

Rauf Hacıyev

Şərh əlavə et