Kokpit.az xatırladır ki, britaniyalı mütəxəssis Audi komandasına ötən il rəhbərlik etməyə başlayıb, lakin onu bu qədər tez iş dəyişməyi düşünməyə vadar edən nədir? Almaniyanın Bild nəşrinin məlumatına görə, bunun bir neçə səbəbi var.
Birincisi, Vitlinin onunla birlikdə İsveçrəyə köçən ailəsi Böyük Britaniyaya qayıtmaq istəyir və bazası Silverstounda yerləşən Aston Martin-də işləmək Conatana ailəsinin istəyini reallaşdırmağa imkan verə bilər.
İkinci səbəb isə daha ciddi hesab olunur və bu, Vitlinin Audi-nin Formula 1 layihəsinin rəhbəri Mattia Binotto ilə yaşadığı fikir ayrılığıdır. Faktiki olaraq hazırda Audi-də iki rəhbər var. Vitli birbaşa trasdakı işə cavabdehdir, Binotto isə inkişaf və ümumi layihəyə rəhbərlik edir. Məlumata görə, Vitli ilə Binotto arasında əksər məsələlərdə dəfələrlə fikir ayrılığı yaşanıb.
Bild-in məlumatına əsasən, yaxın günlərdə Conatan Vitli Audi-nin icraçı direktoru Gernot Döllner ilə görüş keçirəcək və bu görüşdə onun komandadakı gələcəyi müzakirə olunacaq.




Şərh əlavə et