Conatan Vitli Aston Martinə gəlmə yolundadır

Conatan Vitli Aston Martinə gəlmə yolundadır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Motorsport.com-un əldə etdiyi məlumatlara görə Ədrian Nyui Aston Martin-də komanda rəhbəri vəzifəsindən ayrılacaq və yenidən tam şəkildə texniki rola fokuslanacaq. Onun yerinə isə Conatan Vitli gətiriləcək.

Hazırda Audi F1 komandasında rəhbər kimi çalışan Conatan Vitli, komandanın İdarə Heyətinin Rəhbəri Mattia Binotto ilə birlikdə fəaliyyət göstərir. Lakin britaniyalı mütəxəssis cəmi 10 aydan sonra karyerasında yeni səhifə açaraq İngiltərəyə qayıtmağa hazırlaşır.

Vitlinin Aston Martin-ə qoşulma prosesi hələ dəqiq deyil və bu, Audi ilə olan müqaviləsindəki mümkün məhdudiyyətlərdən asılı olacaq.

O, komandaya performans baxımından çətin və kritik bir dövrdə qoşulacaq. Audi-də birbaşa idarə heyətinə tabe olsa da, Binotto ilə vəzifə bölgüsü onun klassik komanda rəhbəri səlahiyyətlərini tam şəkildə istifadə etməsinə imkan vermir. Aston Martin-də isə onun daha geniş səlahiyyətlərə sahib olacağı gözlənilir.

Bu addımın Ədrian Nyui tərəfindən dəstəkləndiyi, hətta təklif olunduğu da iddialar arasındadır. İkili daha əvvəl Red Bull komandasında uzun illər birlikdə çalışıb.

Digər tərəfdən, Nyui komanda rəhbəri vəzifəsini üzərinə götürdükdən cəmi dörd ay sonra bu roldan ayrılmağa hazırlaşır.

Çətin şəraitdə başlayan bu idarəetmə dövrü gözləntilərin xeyli altında qalan performansla daha da mürəkkəbləşib. Bu isə komandanın idarəetmə strukturu ilə bağlı sualları artırır.

Eyni zamanda diqqətlər yenidən Audi tərəfinə yönəlib. Alman istehsalçının yeni komanda rəhbəri axtarışına başlayacağı, yoxsa mövcud struktur daxilində yenidən təşkilatlanmaya gedəcəyi hələ də qeyri-müəyyəndir.

Bunları da oxuyun

Şərh əlavə et