Adelayde F1-ə qayıtmaq istəyir.

Adelayde F1-ə qayıtmaq istəyir.
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Cənubi Avstraliyanın baş naziri Piter Malinauskas bildirib ki, o, Formula 1 rəhbərliyinə Bəhreyn və Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan, lakin ləğv olunan mərhələlərdən birinin Adelaydedə təşkil olunmasını təklif edib.

Kokpit.az xatırladır ki, Yaxın Şərqdə artan münaqişələrə görə Formula 1 rəhbərliyi apreldə keçirilməsi planlaşdırılan Bəhreyn və Səudiyyə Qran Prilərini ləğv edib.

Piter Malinauskas: “Mən bir müddətdir bunun üzərində işləyirdim. Bəhreyn və Səudiyyə Ərəbistanında mərhələlərin keçirilməyəcəyi aydın olan kimi düşündüm: “Hey! Bu bir fürsətdir?” Yarışlar ləğv olunan kimi dərhal Formula 1-in rəhbəri Stefano Domenikali ilə əlaqə saxladım. Əgər razılığa gəlsəydik, çoxdan bunu açıqlayardıq, amma təəssüf ki, alınmadı.

Onlara şərtlərimizi təklif etdim, dedim: “Məndə komanda var, bütün rəqəmləri hesablayıblar, trası bu müddətdə hazırlaya bilərik”, onlar isə cavab verdilər: “Bax, bunu bizə burax”. Onlar bu yarışları ləğv etməyə və keçirməməyə qərar verdilər.

Bir gün Qran Pri keçirmək hüququ əldə etmək üçün görünən olmaq lazımdır. Buna görə də dərhal özümü xatırlatdım. Lakin bu barədə mətbuatla danışmadım, çünki bu, sadəcə ilk addım idi. Mən onlara birbaşa zəng etdim”.

Xatırladaq ki, Adelaydedə Formula 1 Qran Prisi 1985–1995-ci illərdə keçirilib. Son vaxtlar yerli promouterlər mərhələnin geri qaytarılması üçün səylərini artırıb, lakin hələlik hər şey məşhur “Sürət Festivalı” ilə məhdudlaşıb – hamının sevdiyi Melburn ilə rəqabət aparmaq isə hələ mümkün olmayıb.

Bunları da oxuyun

Şərh əlavə et