Əməkdaşlıq çərçivəsində komanda Yaponiya Qran Prisi ərəfəsində – 24 mart tarixində Tokyo şəhərində Oliver Berman və Esteban Okonun maşınları üçün nəhəng kino monstruna həsr olunmuş xüsusi rəng çalarını təqdim edəcək. Mövsüm ərzində komanda loqotipin dizaynında, vizual elementlərdə və rəqəmsal kontentdə “Godzilla” mövzusundan istifadə etməyə davam edəcək, həmçinin məhdud sayda suvenir və atribut buraxacaq.
ABŞ Qran Prisi zamanı, Ostin mərhələsində “Godzilla” yeni “Godzilla Minus One” filminin promokampaniyası çərçivəsində yenidən Haas bolidlərində peyda olacaq. Filmin dünya premyerası 3 noyabr tarixinə planlaşdırılıb.
Komandanın rəhbəri Ayo Komatsu deyib: “Bu, brendimizi yeni auditoriyaya göstərmək üçün həqiqətən unikal imkandır və bu, həm Haas komandası, həm də TOHO üçün ilk belə layihədir. Formula 1-ə “Godzilla” kimi qlobal obrazı gətirmək və bunu kino franşizası üçün vacib ildə reallaşdırmaq bizim üçün böyük şərəfdir. Biz istəyirik ki, filmin pərəstişkarları bizə qoşulsun və bu təcrübəni bizimlə bölüşsün, çünki mövsüm ərzində çoxlu maraqlı hadisələr olacaq”.




Şərh əlavə et