Xəbəri Kokpitdə Oxuyun!

M.Arrivabene: Ferrari-yə qayıdardım

Ferrari komandasının və Juventus klubunun sabiq rəhbəri Maurizio Arrivabene etiraf edib ki, Formula 1 üçün darıxır.

Təcrübəli mütəxəssis etiraf edib ki, komandaya qayıtmaq istəyir.

Mauritsio Arrivabene: “Mən Formula 1 üçün futboldan daha çox darıxıram. Mən prosesin içində olmağı və ön cəbhədə işləməyi sevirəm – Ferrari komandasına rəhbərlik etdiyim dövrdə olduğu kimi. Juventus-da isə rolum fərqli idi – baş direktor idim, amma məşqçi yox.

Futbolda da, Ferrari-də də daim təzyiq altındasan, amma İtaliyada çox klub var, Ferrari isə təkdir – bu, hamının azarkeşlik etdiyi milli komanda kimidir, buna görə də gözləntilər çox yüksək olur.

Xatırlayıram ki, Kimi Rəykkönen mənimlə zarafat etmişdi. O ümumiyyətlə zarafat etməyi sevirdi. Kimi motokrosu çox sevir, bir dəfə mənə videozəng edib ayağını gipsdə göstərdi. Mən panikaya düşdüm. Onu kiminlə əvəz edəcəyimi və bunu Sercio Marçionneyə necə izah edəcəyimi bilmirdim. Sonra məlum oldu ki, gips saxta imiş (gülür).

Qayıtmaq istəyərdim? Yalnız Formula 1-ə və yalnız Ferrari üçün istəyərdim. Digər variantlarla, hətta böyük pullar təklif olunsa belə, razılaşmaram. Yalnız Ferrari, ya da heç nə. Amma Ferrari-də hörmət etdiyim Frederik Vassyör var – onlara sadəcə mənim dəstəyim lazımdır”.

Gilanur Huseynova

Şərh əlavə et