Bu il mərasimin dizayn və ideya konsepsiyası “Hərəkətdə harmoniya” mövzusu ilə təqdim olunub. FIA bildirib ki, mərasimdə Çin ənənələri və mədəniyyətindən ilhamlanan elementlər istifadə ediləcək. Bu ideya güc və onun üzərində nəzarət arasında balansı simvolizə edir. Yarış traslarında uğur qazanmaq istəyən hər bir sürücünün nail olmalı əsas prinsip kimi…
Ənənəyə uyğun olaraq, mərasim zamanı FIA-nın himayəsi altında keçirilən bütün çempionatların qalibləri və mükafatçıları təntənəli şəkildə mükafatlarını alacaqlar.
Məhəmməd ben Sulayem (FIA prezidenti): “Çin qlobal avtoidmanda çox mühüm rol oynayır – həm dünya səviyyəli yarışlara ev sahibliyi edən ölkə kimi, həm də idmanımızın inkişafı və innovasiyaların tətbiqi sahəsində əsas tərəfdaş kimi.
Dünya çempionlarımızı təltif etmək üçün bu ölkəyə qayıdacağıq və buna görə çox şadam”.
Quanyu Çjou (Cadillac F1-in ehtiyat sürücüsü): “Bu il FIA-nın mükafatlandırma mərasiminin Şanxayda keçiriləcək olması əladır. Bu, Çin avtoidmanı tarixində çox vacib hadisə olacaq.
Mən bunu səbirsizliklə gözləyirəm və hər şeyin necə keçəcəyini görmək istəyirəm. Ümid edirəm ki, mərasim hamının xoşuna gələcək”.




Şərh əlavə et