Xəbəri Kokpitdə Oxuyun!

Həkimlərdən Alonsoya tövsiyə

İspaniya mətbuatının yazdığına görə, Fernando Alonso bəzən sükan arxasında o qədər güclü ağrılar hiss edir ki, həkimlər ona karyerasını başa vurmağı tövsiyə edə bilərlər.

Problemin əsas səbəbi köhnə zədələr və uzun illər davam edən yüklənmə nəticəsində oynaqlarda yaranan aşınmadır. Alonso xüsusilə sol biləyində və boynunda ağrılar hiss edir. Bu problemlər uzun məsafəli yarışlarda daha da güclənir.

Bildirilir ki, ağrılar qış testləri zamanı daha da kəskinləşib. Buna səbəb Honda mühərriyinin güclü vibrasiyası olub. Bu problem aradan qaldırılmasa, vəziyyətin daha da pisləşə biləcəyi qeyd olunur.

Məlumata görə, narahatlıq o qədər güclüdür ki, Alonsonun yaxın gələcəkdəki karyerasına təsir göstərə bilər. Artıq belə ehtimallar var ki, 2026-cı il onun son mövsümü ola bilər, lakin hətta Abu-Dabidəki final mərhələsinə qədər çıxış edib-edə bilməyəcəyi də tam aydın deyil.

Rauf Hacıyev

Şərh əlavə et