Xəbəri Kokpitdə Oxuyun!

Azərbaycan Qran Prisinə Marşal qeydiyyatı başladı

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2026 üçün marşal qeydiyyatına start verildi. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 24–26 sentyabr 2026-cı il tarixlərində keçiriləcək yarışüçün marşal proqramına qoşulmaq istəyən namizədləri qeydiyyatdan keçməyə dəvət edir.

Qeyd edək ki, builki yarış Azərbaycanın Formula 1 təqvimində ev sahibliyinin 10-cu ildönümü ilə əlamətdardır bu xüsusi mərhələni qeyd etmək üçün marşal proqramına qoşulan könüllülər unikal tarixi biryarışın ayrılmaz hissəsinə çevriləcəklər.

Marşal ol, Formula 1 həyəcanını yerində yaşa!

Sürət adrenalinin zirvəsi hesab olunan Formula 1 yarışının atmosferini trekə ən yaxın nöqtədən hiss etmək istəyən hər kəsüçün  fürsət yaradılıb. Yaşı 21-dən yuxarı olan dünyanın istənilən ölkəsində yaşayan şəxslər Marşal proqramına qoşula bilərlər.

Marşallar trekdə operativ dəstək göstərərək yarışın təhlükəsiz uğurlu keçirilməsinə töhfə verirlər.

Beynəlxalq rəsmi lisenziya əldə etmək fursəti

Azərbaycan Avtomobil Federasiyası marşal proqramını uğurla tamamlayan iştirakçıları Fédération Internationale de l’Automobile (FIA) tərəfindən tanınan beynəlxalq rəsmi marşal lisenziyası ilə təltif edəcək. Bu lisenziya marşallara yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində keçirilən Formula 1 qran priləri digər avtomobil idmanı yarışlarında iştirak etmək imkanı yaradır.

Qeyd edək ki, ötən il keçirilən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi zamanı yarışın təhlükəsiz uğurlu təşkilində 1200-ə yaxın marşal iştirak edib onların 100-dən çoxu xarici ölkələrdən qatılıb.

Necə qoşulmaq olar?

Marşal proqramı haqqında daha ətraflı məlumatı Bakı ŞəhərHalqası Əməliyyat Şirkətinin rəsmi veb-səhifəsindən əldə edə ya marshals@bakugp.az elektron ünvanına yazaraq öyrənə bilərsiniz.

Qeydiyyat linki:
https://www.bakucitycircuit.com/az/marshals

Bu unudulmaz təcrübənin bir hissəsi olun Formula 1-in həyəcanını ən yaxın məsafədən yaşayın!

Rauf Hacıyev

2 şərh