Xəbəri Kokpitdə Oxuyun!

Start testlərdəki kimi olacaq

Avstraliya Qran Prisində də start proseduru qəzaların və insidentlərin qarşısını almaq üçün Bəhreyndə keçirilən testlərdə məşq edilərkən olduğu kimi əlavə gecikmə ilə veriləcək.

Bu addım sürücülərin startdan əvvəl turbinləri lazımi səviyyədə fırlatmasına imkan yaratmaq məqsədi daşıyır.

Yarış direktorunun açıqlamasında bildirilir: “Təhlükəsizlik məqsədilə, start düzülüşündə yarışa başlayan bütün Formula 1 maşınları qızdırma dövrəsindən (və ya dövrələrindən) sonra start düzülüşünə qayıtdıqda, start panelindəki işıq siqnalları 5 saniyə ərzində mavi rəngdə yanıb-sönəcək, informasiya panelində isə ‘Pre-Start’ mesajı görünəcək. Bundan sonra reqlamentin B5.7.2 maddəsində təsvir olunan start proseduruna uyğun işıq siqnallarının standart ardıcıllığı başlayacaq”.

Rauf Hacıyev

Şərh əlavə et