Xəbəri Kokpitdə Oxuyun!

Mercedes-in də yanacağı homologasiyadan keçib

Formula 1 mövsümü başlamazdan əvvəl məlum idi ki, Ferrari, Audi və Red Bull mühərrikləri üçün yanacaq təchizatçıları 100 faiz bərpa olunan mənbələrdən əldə edilən yeni yanacağı homologasiya ediblər. Lakin Mercedes və Honda mühərrikləri üçün yanacaq təchizatçıları ilə bağlı məsələ açıq qalırdı.

The Race nəşri öz mənbələrinə istinadən xəbər verir ki, Mercedes mühərrikləri üçün Petronas tərəfindən hazırlanmış yanacağın homologasiya prosesi uğurla başa çatıb.

Hazırda bütün rəsmi prosedurlar tamamlanıb, lakin yarış həftəsonu başlamazdan əvvəl bu mövzu ilə bağlı ayrıca rəsmi açıqlama gözlənilmir. Mənbələrin sözlərinə görə, 2026-cı il mövsümü üçün yanacağın hazırlanması təchizatçılar üçün əvvəl düşünüldüyündən daha mürəkkəb və genişmiqyaslı prosesə çevrilib.

Rauf Hacıyev

Şərh əlavə et