Xəbəri Kokpitdə Oxuyun!

Norris və McLaren Laureus-ə namizəd olublar

Lando Norris və McLaren nüfuzlu Laureus World Sports Awards mükafatına namizəd göstəriliblər. Bu mükafat hər il ilin ən yaxşı idmançı və komandalarına təqdim olunur.

Hazırkı Formula 1 dünya çempionu “İlin sıçrayışı – 2025” nominasiyasında mübarizə aparacaq. Lando Norris ilə birlikdə bu kateqoriyada aşağıdakı idmançılar da namizəddir:
• Désiré Doué (futbol)
• João Fonseca (tennis)
• Shai Gilgeous-Alexander (basketbol)
• Luke Littler (dart)
• Yu Zidi (üzgüçülük)

“İlin ən yaxşı komandası” nominasiyasında isə McLaren-in rəqibləri bunlardır:
• England women’s national football team
• Team Europe (Ryder Cup qolf komandası)
• India women’s national cricket team
• Oklahoma City Thunder
• Paris Saint-Germain

Ötən il də McLaren “İlin ən yaxşı komandası” nominasiyasına düşmüşdü, lakin mükafatı Real Madrid futbol klubu qazanmışdı.

Mükafatın qalibləri 20 aprel tarixində Madriddə elan olunacaq.

Rauf Hacıyev

Şərh əlavə et