Xəbəri Kokpitdə Oxuyun!

M.Brandl: Pul Maksa motivasiya vermir

Sabiq Formula 1 sürücüsü və Sky Sports F1 kanalının şərhçisi Martin Brandl hesab edir ki, Maks Ferstappen üçün əsas motivasiya maliyyə deyil və o, yarışlardan zövq almasa, həqiqətən də karyerasını erkən başa vura bilər.

Kokpit.az xatırladır ki, yeni mövsümdən etibarən Formula 1-də yeni reqlament qüvvəyə minir. Bundan ən çox şikayət edən sürücü Maks Ferstappendir.

Martin Brandl: “Maksı başa düşmək o qədər də çətin deyil, o açıq və birbaşa insandır. Əgər Formula 1-də uzun illər çıxış etməyi planlaşdırmadığını deyirsə, deməli bu, həqiqətən belədir. Pul ona motivasiya vermir. O artıq kifayət qədər qazanıb. Dözümlülük yarışlarını sevir, simulyator yarışlarını sevir, ümumiyyətlə, əksər şeyləri sevir. Düşünmürəm ki, on ildən sonra onu Formula 1-də görək.

Əminəm ki, əgər Red Bull-dan ayrılmaq istəsə, alternativ variantları var. O, Ferrari və Mercedes kimi komandaları nəzərdən keçirə bilər. Görünür, Red Bull/Ford güc qurğusu kifayət qədər rəqabətlidir, hazırda Maks vəziyyəti izləyir və hadisələrin necə inkişaf edəcəyini gözləyir. Amma onun növbəti addımının nə olacağını təsəvvür etmək çətindir: fasilə verəcək, Formula 1-dən gedəcək, yoxsa Red Bull-da qalacaq. Onun əsas üstünlüyü istedadıdır və bu istedad ona istənilən komandaya və istənilən karyera variantına yol açır”.

Rauf Hacıyev

Şərh əlavə et