Xəbəri Kokpitdə Oxuyun!

Ərəb yarışları əvəz olunacaq?

Formula 1 rəhbərliyi Bəhreyn və Səudiyyə Ərəbistanı Qran Prilərinin ləğvi halında onları əvəz edə biləcək variantları nəzərdən keçirir.

Həmin mərhələlər 12 və 19 aprel tarixlərinə planlaşdırılıb. Regionda hərbi əməliyyatların bu vaxta qədər başa çatması ehtimalı var, lakin əsas prioritet tamaşaçıların və iştirakçıların təhlükəsizliyidir. Əgər bir neçə həftə ərzində vəziyyətlə bağlı şübhələr qalarsa, yarışlar ləğv oluna bilər.

Əvəzləmə sxemi pandemiya dövründə tətbiq olunan modelə bənzər planlaşdırılır. Ehtiyat statusuna malik traslar mövcuddur, məsələn, Autodromo Internazionale Enzo e Dino Ferrari (İmola) və Autodromo Internacional do Algarve (Portimao). Lakin avadanlıqların daşınması vaxt tələb etdiyindən qərarın tez verilməsi çox vacibdir.

Hazırda yekun qərar qəbul olunmayıb və alternativ trasların adları rəsmi şəkildə açıqlanmır. Bununla belə, münaqişə uzandıqca mərhələlərin təxirə salınması və ya dəyişdirilməsi ehtimalı artır.

Rauf Hacıyev

Şərh əlavə et