Kokpit.az xatırladır ki, son günlərdə münaqişələrin artması ilə Yaxın Şərqdəki tədbirlərin keçirilməsi şübhə altına düşüb
Məhəmməd ben Sulayem bildirib: “FIA prezidenti kimi, fikrim son hadisələrdən zərər çəkənlərlədir. İnsan itkilərindən dərin kədər hissi keçiririk və bundan təsirlənən ailələrə və icmalara dəstəyimizi ifadə edirik.
Bu qeyri-müəyyənlik dövründə sakitliyə, təhlükəsizliyə və sabitliyin tezliklə bərpa olunmasına ümid edirik. Dialoq və mülki əhalinin qorunması prioritet olaraq qalmalıdır.
Biz üzv klublarımız, çempionat təşkilatçıları, komandalar və yerli nümayəndələrlə sıx əlaqədəyik, hadisələrin inkişafını diqqətlə və məsuliyyətlə izləyirik.
Qarşıdakı Dözümlülük üzrə Dünya Çempionatı və Formula 1 mərhələlərinin keçirilməsi ilə bağlı qərarlar qəbul edilərkən təhlükəsizlik və rifah əsas meyar olacaq.
Təşkilatımız birlik və ortaq məqsədlər üzərində qurulub. Bu gün həmin birlik hər zamankından daha vacibdir”.




Şərh əlavə et