Testlərin səhər sessiyası başa çatıb

Testlərin səhər sessiyası başa çatıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bəhreyndəki final testlərinin ilk gününün səhər sessiyası qət edilən məsafə baxımından məhsuldar keçsə də, problemsiz ötüşməyib.

İki komanda – Aston Martin və Red Bull Racing  bir neçə dövrədən sonra səhər proqramını vaxtından əvvəl dayandırmağa və boksları təmir üçün bağlamağa məcbur olublar.

Ayzek Həccar cəmi 13 dövrə vurub, mühəndisin çağırışı ilə boksa qayıdıb və bir daha trasa çıxmayıb. Telemetriyada güc qurğusunun həddindən artıq qızması qeydə alınıb və komanda soyutma sistemi üzərində işləyib. Mexaniklər əvvəlcə boksa giriş hissəsini özləri ilə bağlayıblar, sonra isə ekran quraşdırıblar.

Fernando Alonso da sessiyanın böyük hissəsini bokslarda keçirib. Aston Martin Honda güc qurğusu ilə bağlı problemi araşdırıb. Komanda bunun ötən həftəki nasazlıqla eyni olub-olmadığını dəqiqləşdirməyib, lakin hər test günü itirilən vaxt xüsusilə qiymətlidir.

Audi komandasının sürücüsü Niko Hülkenberqin maşını start proseduru üzərində işləyərkən sönüb. Əksər sürücülər 4-cü və 10-cu döngələrdə təkərləri bloklayaraq trasdan çıxıblar, lakin geniş təhlükəsizlik zonaları ciddi nəticələrin qarşısını alıb – əsas zərəri təkərlər görüb.

Ferrari isə arxa çıxış borularının arxasında yeni qanad elementini nümayiş etdirərək diqqətləri cəlb edib. Görünür, bu yenilik Melburna hazırlanmış yeniləmələr paketinin bir hissəsidir.

Fasiləyə az qalmış sessiya FIA sistemlərinin yoxlanılması üçün iki dəfə qırmızı bayraqla dayandırılıb.

Protokola Şarl Lekler 1:33.739 zaman nəticəsi ilə başçılıq edib. Ən çox dövrəni isə Racing Bulls komandasının debütantı Arvid Lindblad vurub.

Bir saatlıq fasilədən sonra testlər davam edəcək. Əksər komandalar günün ikinci yarısında sürücüləri dəyişəcəklər.

# Pilot Komanda Vaxt Fərq Dövrə
1 Charles Leclerc Ferrari 1:33.739 – 70
2 Lando Norris McLaren 1:34.052 +0.313 54
3 Kimi Antonelli Mercedes 1:34.158 +0.419 69
4 Alex Albon Williams 1:35.690 +1.951 55
5 Pierre Gasly Alpine 1:35.898 +2.159 61
6 Isack Hadjar Red Bull 1:36.188 +2.449 13
7 Esteban Ocon Haas 1:36.418 +2.679 65
8 Fernando Alonso Aston Martin 1:36.536 +2.797 28
9 Nico Hülkenberg Audi 1:36.741 +3.002 49
10 Arvid Lindblad Racing Bulls 1:36.769 +3.030 75
11 Sergio Perez Cadillac 1:38.191 +4.452 24

Bunları da oxuyun

Şərh əlavə et