Xəbəri Kokpitdə Oxuyun!

Bəhreyndə son testlər başlayır

Yerli vaxtla saat 11:00-da Bəhreyn avto­dromunda Formula 1-in 2026-cı il mövsümü öncəsi qış testlərinin final seriyasının ilk günü start götürəcək.

Barselonada keçirilən özəl testlər qapalı xarakter daşıyıb, ötən həftə isə komandalar Bəhreyndə üç gün işləyiblər, bu həftə yekun test mərhələsi baş tutacaq. Testlər çərşənbədən cüməyə qədər davam edəcək. 11 komandanın hamısı bu sessiyada iştirak edir və hər komanda yalnız bir maşın çıxara bilər – sürücülər gün ərzində növbə ilə işləyəcəklər.

Şübhəsiz bunlar mövsümlərarası dövrün ən maraqlı testləridir, çünki komandalar son yeniliklərini gətiriblər və yeni bolidlərin sürətini üzə çıxarmağa çalışacaqlar. Maşınlar imkan versə, bütün sürücülər həm sıralanma, həm də yarış tempi proqramı yerinə yetirəcəklər.

Final testlərinin üç günü tam həcmdə F1TV və Sky Sport F1 kanallarında yayımlanacaq.

Gün ərzində iki dörd saatlıq sessiya nəzərdə tutulub, 15:00-dan 16:00-a qədər nahar fasiləsi olacaq. Testlər Bakı vaxtı ilə 20:00-da başa çatacaq.

Hava şəraiti sabitdir: günəşlidir, hava +20°C, asfalt +26°C-ə qədər isinib. Küləyin qaldırdığı qum səbəbindən tras üzərində zəif duman müşahidə olunur. Yağıntı gözlənilmir.

Bu gün trasda işləyəcək sürücülər:

McLaren: Lando Norris (səhər) / Oskar Piastri (günorta)

Mercedes: Kimi Antonelli (səhər) / Corc Rassell (günorta)

Red Bull Racing: Ayzek Hajar

Ferrari: Şarl Lekler

Williams: Aleks Elbon (səhər) / Karlos Sayns (günorta)

Racing Bulls: Arvid Lindblad (səhər) / Liam Louson (günorta)

Aston Martin: Fernando Alonso (səhər) / Ləns Stroll (günorta)

Haas: Esteban Okon (səhər) / Oliver Berman (günorta)

Audi: Niko Hülkenberq (səhər) / Qabriel Bortoleto (günorta)

Alpine: Pyer Qasli (səhər) / Franko Kolapinto (günorta)

Cadillac: Serxio Peres (səhər) / Valtteri Bottas (günorta)

Rauf Hacıyev

Şərh əlavə et