Bundan əlavə, testlərdə ötən həftə maksimum 9 dövrə qət etmiş istənilən dəstlərdən də istifadə etməyə icazə verilib.
Bu gün Pirelli komandaların seçimini təsdiqləyib. Ən çox tələb olunan tərkiblər C2 və C3 olub – 11 komandadan 10-u məhz bu variantları seçib. Eyni zamanda yalnız Mercedes əvvəlki həftə işlədiyi üç ən sərt tərkiblə kifayətlənib. Əksər komandalar isə dördüncü variant kimi C4-ü əlavə edib.
Red Bull Racing, Alpine, Williams və Aston Martin daha yumşaq tərkiblərə üstünlük veriblər.
- Red Bull Racing C2, C3 və C4 ilə kifayətlənib.
- Alpine və Williams ən yumşaq C5 tərkibini də sifariş edib.
- Aston Martin isə üç ən yumşaq tərkibi – C3, C4 və C5-i seçib.
Debütant Cadillac komandası isə mövcud olan bütün variantları – C1-dən C5-ə qədər – seçib.
Beləliklə, ikinci testlərdə komandaların proqramı daha müxtəlif olacaq və xüsusilə C4 və C5 tərkibləri ilə temp fərqlərini müqayisə etmək maraqlı olacaq.
İkinci Bəhreyn testləri üçün seçilən tərkiblər
| Komanda | C1 | C2 | C3 | C4 | C5 |
| McLaren | 2 | 10 | 8 | 4 | – |
| Mercedes | 4 | 2 | 18 | – | – |
| Red Bull | – | 4 | 18 | 2 | – |
| Ferrari | 2 | 2 | 16 | 4 | – |
| Williams | – | 2 | 14 | 6 | 2 |
| Racing Bulls | 2 | 6 | 12 | 4 | – |
| Aston Martin | – | – | 20 | 2 | 2 |
| Haas | 2 | 16 | 12 | 4 | – |
| Audi | 2 | 12 | 8 | 2 | – |
| Alpine | – | 4 | 14 | 4 | 2 |
| Cadillac | 4 | 8 | 8 | 3 | 1 |




Şərh əlavə et