Bu məsələ gələn həftə Formula 1 Komissiyasının iclasında müzakirə olunacaq və Bəhreyndə testlər zamanı Skuderiya rəhbəri Frederik Vassyör təsdiqləyib ki, Ferrari üçün əsas məqsəd FIA-nın rəsmi mövqeyini öyrənməkdir. Bununla da öz planlarını buna uyğun tənzimləyə biləcəklər.
Frederik Vassyör: “Biz buraya etiraz etmək üçün gəlməmişik. Biz aydın qaydalar istəyirik və hamının bu qaydaları eyni cür başa düşməsini arzu edirik. Amma söhbət protestdən getmir.
Dəyişikliklər həddindən artıq çoxdur. Şassi reqlamenti dəyişib, mühərrik qaydaları dəyişib, təkərlər dəyişib, idman reqlamenti dəyişib və bütün bunlar qaçılmaz olaraq ‘boz zonalar’ın yaranmasına gətirib çıxarıb. Müxtəlif komandalar, hətta bəzən FIA özü də yeni qaydaları əvvəlcə fərqli şəkildə şərh edir, lakin bu, həmişə belə olub. Mənim üçün əsas məsələ aydınlıqdır.
Hamı etiraf etməlidir ki, əvvəllər səhv şərhlər olub, amma indi hər şey tam aydın olmalıdır. Düşünürəm ki, gələn həftə məhz bunu gözləyə bilərik”.




Şərh əlavə et