Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Mercedes göz qaçırır

Red Bull komandasının sürücüsü Maks Ferstappen düşünür ki, Mercedes mövsüm başlayanda sürətlənəcək.

Bəhreyndəki testlərin ilk günündə Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, Red Bull Racing sürət baxımından təxminən bir saniyəlik üstünlüyə malikdir. Öz növbəsində Maks Ferstappen əmindir ki, Toto diqqəti qəsdən Red Bull-a yönəldir və Mercedes öz maşınının real sürətini gizlədir.

Maks Ferstappen: “Yalnız bir şey deyə bilərəm: Melburnu gözləyin və onların necə qəfil güc artımı tapacağını görəcəksiniz. Mən bunu artıq indidən bilirəm.

Aydındır ki, çərşənbə günü çox dövrə vurduğumuz üçün diqqəti bizim üzərimizə yönəltməyə çalışırlar. Amma vəziyyətə hər iki tərəfdən baxmaq lazımdır. Sadəcə Melburnu gözləyin və düzlüklərdə onların birdən-birə nə qədər sürətli olacağını görəcəksiniz”.

Niderlandlı sürücü əlavə edib ki, bir neçə günlük testdən sonra Red Bull Racing-i favorit hesab etmək düzgün deyil: “Son on ildə qış testlərinin necə keçdiyini xatırlayın. Xüsusilə reqlamentin bu qədər dəyişdiyi bir şəraitdə ilk günlərdən kimin çempion olacağını demək mümkün deyil.

Şəxsən mənə bu, diqqəti yayındırmaq taktikası kimi görünür, ancaq bu normaldır. Mən isə komandamız qarşısında duran vəzifələrə fokuslanmışam. Hələ çox şey öyrənməliyik, reqlament o qədər mürəkkəbdir ki, hazırda əsas məqsədimiz mümkün qədər çox dövrə vurmaqdır. Qalanını zaman göstərəcək”.

Rauf Hacıyev

Şərh əlavə et