Xəbəri Kokpitdə Oxuyun!

Testlər – Üçüncü günün ilk yarısında Rassell liderdir

Testlərin üçüncü günündə komandaların əksəriyyəti bütün standart prosedurlarla birlikdə yarış simulyasiyası proqramı planlaşdırıblar. Bəziləri bunu səhər həyata keçiriblər, digərləri axşam edəcəklər, bəzi komandalar isə hər iki pilotla iki dəfə uzun məsafə qət etməyi nəzərdə tutub.

Start proseduruna xüsusi diqqət ayrılıb, çünki onun təhlükəsizliyi ilə bağlı müəyyən suallar yaranmışdı. Hava əla olub, əvvəlki günlər maneə yaradan külək səngiyib. Asfalt istifadə olunmuş rezinlə örtülərək daha yaxşı ilişmə (grip) təmin edib.

İkinci saatda hamı boksa qayıtmalı olub, çünki Valtteri Bottasın maşını trasda dayanandan sonra qırmızı bayraqlar göstərilib. Bolid evakuatorla götürülərək boksa qaytarılıb, fin sürücü təxminən iki saat itirib, lakin daha sonra yenidən trasa çıxıb.

Nəticədə Bottas və Ləns Stroll istisna olmaqla, demək olar ki, bütün pilotlar artıq səhər sessiyasında yarış məsafəsini (Bəhreyndə 57 dövrə) qət edə biliblər

Protokola Corc Rassell başçılıq edib – o, Mercedes ilə 1:33.918 zaman nəticəsi göstərərək, üç günün ən yaxşı vaxtını qeyd edib. Ən böyük məsafəni isə Racing Bulls komandasında çıxış edən Liam Louson qət edib.

Bir saatlıq fasilədən sonra testlər davam edəcək.

Sessiyanın nəticələri

# Pilot Komanda Vaxt Fərq Dövrə
1 George Russell Mercedes 1:33.918 78
2 Lewis Hamilton Ferrari 1:34.209 +0.291 69
3 Max Verstappen Red Bull 1:35.341 +1.423 61
4 Oliver Bearman Haas 1:35.972 +2.054 70
5 Oscar Piastri McLaren 1:36.390 +2.472 73
6 Franco Colapinto Alpine 1:36.874 +2.956 64
7 Carlos Sainz Williams 1:37.186 +3.268 68
8 Liam Lawson Racing Bulls 1:37.238 +3.320 84
9 Gabriel Bortoleto Audi 1:37.536 +3.618 60
10 Lance Stroll Aston Martin 1:38.423 +4.505 54
11 Valtteri Bottas Cadillac 1:38.772 +4.854 37

Rauf Hacıyev

Şərh əlavə et