Xəbəri Kokpitdə Oxuyun!

Testlərin üçüncü günü başlayır

Saxir trasında (Bəhreyn) Bakı vaxtı ilə saat 10:00-da bu həftənin üçüncü və son test günü start götürür. Hava şəraiti əlverişlidir, yağıntı gözlənilmir. Hava +26°C, trasın temperaturu +27°C olacaq. İlk iki gündə maneə yaradan cənub-şərq küləyi isə azalıb.

Testlərdə on bir komandanın hamısı iştirak edir və hər biri yalnız bir maşınla çıxış edə bilər. Qarşıda nahar fasiləsi (15:00–16:00) olmaqla iki dörd saatlıq sessiya var. Testlər Bakı vaxtı ilə saat 20:00-da başa çatacaq.

Ən maraqlı məqamları sizə çatdıracağıq!

Bu gün trasda işləyəcək pilotlar:

  • McLaren: Oskar Piastri
  • Mercedes: Corc Rassell / Kimi Antonelli
  • Red Bull Racing: Maks Ferstappen / Ayzek Hadjar
  • Ferrari: Lyuis Həmilton
  • Williams: Karlos Sayns / Aleks Elbon
  • Racing Bulls: Liam Louson
  • Aston Martin: Ləns Stroll
  • Haas: Oliver Berman / Esteban Okon
  • Audi: Qabriel Bortoleto / Niko Hülkenberq
  • Alpine: Franko Kolapinto
  • Cadillac: Valtteri Bottas / Serxio Peres

Rauf Hacıyev

Şərh əlavə et