Xəbəri Kokpitdə Oxuyun!

P.Qasli işindən razıdır

Alpine komandasının sürücüsü Pyer Qasli Bəhreyndə testlərin ikinci gününün yekunlarından razı qalıb, baxmayaraq ki, axşama yaxın trasda dayanmalı olub.

Kokpit.az xatırladır ki, fransalı sürücü testlərin ikinci günündə 97 dövrə vurub və 1:36.723 zaman nəticəsi göstərib.

Pyer Qasli: “Ümumilikdə gün pis keçmədi. Demək olar ki, yüzə yaxın dövrə vurdum, nəticədən və maşınla iş istiqamətindən razıyam.

İkinci sessiyada telemetriyadan bəzi problemlər gördüyümüz üçün dövrələr seriyasını dayandırdıq, çünki mövsümün bu mərhələsində yeni maşınla ehtiyatlı olmaq daha yaxşıdır. Sabah və gələn həftə bizi daha böyük məsafə gözləyir. Amma buna baxmayaraq, yenə də çox iş görə bildik.

Hər dövrə ilə yeni nəsə öyrənirik, xüsusilə də yeni sistemlər və iş metodlarını nəzərə alsaq. Hələ çox şeyi təkmilləşdirmək, əksər suallara cavab tapmaq lazımdır. Bu mərhələdə mütləq göstəricilərə can atmırıq, çünki qarşıda görüləsi iş çoxdur.

Hər gün maşında özümü daha inamlı hiss edirəm, Barselona ilə müqayisədə yaxşı addım atmışıq və gələn həftə yenidən sükan arxasına qayıtmağı səbirsizliklə gözləyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et