Lakin bu məsələnin gələn həftə keçiriləcək Formula 1 Komissiyasının iclasının əsas mövzusu olacağı gözlənilir və Alman təmsilçisinin rəhbərinin əhvalı artıq o qədər də optimist deyil.
Mercedes-in rəqibləri – Ferrari, Honda, Audi və Red Bull texniki reqlamentin bir sıra müddəalarının yenidən nəzərdən keçirilməsində israr edirlər. Volff anlayır ki, FIA və Formula 1 rəhbərliyinin mövqeyi dəyişə bilər.
Toto Volff: “Son həftələrdə bu mövzunun necə birdən-birə aktiv müzakirə olunmağa başladığına təəccüb edirəm. Keçən cüməyə qədər məndə belə təəssürat var idi ki, heç nə dəyişməyəcək. Məsələ təkcə komandaların mövqeyi deyil. FIA və Formula 1-in dəstəyini qazanmaq lazımdır.Əgər onlar da bu məsələyə baxışlarını dəyişsələr, onda bizim üçün böyük problem yaranacaq.
Mən uzun illərdir Formula 1-dəyəm və bizi çox vaxt yanlış istiqamətləndiriblər. Külək qəfil istiqamətini dəyişə bilər. Bu artıq heç kimi təəccübləndirmir. Berni Ekklstounun dediyi kimi: “Dünən A deyirdim, amma şərait dəyişdi, ona görə fikrimi B-yə dəyişdim”. Bu cür hallar daim baş verir.
Düşünürəm ki, digər istehsalçıların həmkarları əldə edə biləcəyimiz üstünlüyü bir qədər şişirdirlər. Məncə, məsələni ümumiyyətlə bu cür qoymaq düzgün deyil, ancaq hər halda. Testlərin necə keçəcəyini görək, sonra yalnız Allah bilir hadisələr necə inkişaf edəcək və növbəti “Qara qu quşu” nə olacaq.
İdmanımızda çempionatdakı qüvvələr nisbətini bərabərləşdirən qayda tətbiq etmək istəyən insanlar var. Onlar bunu belə adlandırmırlar, amma mahiyyət etibarilə söhbət ondan gedir ki, guya Formula 1-ə mühəndis yaradıcılığı lazım deyil.
Biz də qüvvələrin təxminən bərabər olmasını istəyirik, lakin inanıram ki, FIA prezidenti və Stefano Domenikali bütöv yanaşma sərgiləyəcək və açıq-aşkar siyasi oyunlara yol verməyəcək.
Əgər rəhbərlik mühərrik reqlamentində dəyişiklik lehinə səs versə, biz bunu qəbul etməli olacağıq. Vəziyyət necədirsə, elədir. Aydındır ki, Mercedes güc qurğularından istifadə edən bütün komandalar çox ağır nəticələrlə üzləşəcək. Eyni zamanda, Mercedes-in kimisə məhkəməyə verməsi ssenarisini ümumiyyətlə nəzərdən keçirmirik.
Məncə, müasir Formula 1-də qaydaları bilmək hər zamankindən vacibdir. Ancaq mühəndis yaradıcılığı həmişə hörmətlə qarşılanıb və biz də idman rəhbərliyinin mövqeyinə hörmətlə yanaşacağıq. Əgər qaydalar dəyişdirilərsə, şəxsi mövqeyimizdən asılı olmayaraq buna əməl etməliyik”.




Şərh əlavə et