Əksəriyyət qarşıdakı mövsümdə Mercedes mühərriklərinin dominantlığını gözləyirdi. Lakin testlərin hər keçən günü ilə birlikdə diqqət getdikcə daha çox Red Bull/Ford güc qurğularına yönəlir. Bəhreyndə testlərin ikinci gününün səhər sessiyasında bu mövzuya Karlos Sayns da toxunub.
Karlos Sayns: “Hələ nəticə çıxarmaq üçün tezdir, amma dünənki GPS məlumatlarına əsasən əminliklə demək olar ki, Red Bull Ford-un göstəriciləri digərlərindən bir addım öndə idi.
Bu, sadəcə kiçik üstünlük deyil, təsirli irəliləyişdir. Əgər yeni qaydalar, yeni mühərrik və yeni rəhbərliklə yarışlarda da bu performanslarını davam etdirsələr, bizə yalnız papağı çıxarıb onları möhtəşəm nailiyyət münasibətilə təbrik etmək qalacaq”.




Şərh əlavə et