Dörd komandada çətinlik yaranıb. Cadillac komandasının sürücüsü Serxio Peres ilk dövrədə bokslardan gələn göstərişlə maşını saxlayıb və bolid evakuasiya olunub, Peres isə komandanın problemi araşdırmasını uzun müddət gözləyib. Aston Martin-də Fernando Alonso gecikmə ilə trasa çıxıb. Səbəb isə mexaniklərin Honda güc qurğusunu dəyişməsi olub.
Mercedes və Red Bull Racing isə səhər sessiyasını faktiki olaraq itirib. Kimi Antonelli Mercedes-də cəmi üç dövrə vurduqdan sonra boksa qayıdıb. Komanda əvvəlcə güc qurğusu üzərində işləyib, daha sonra onu dəyişmək qərarı verib. Red Bull-dan Ayzek Hacar isə bütün sessiyanı bokslarda keçirib. Komanda bildirib ki, gecə maşının yenidən yığılması zamanı “adi problem” aşkarlanıb və bu, testlərə vaxtında başlamağa mane olub.
Səhər sessiyasının protokoluna Şarl Lekler başçılıq edib. Ferrari komandasının sürücüsü 1:34.273 nəticə ilə lider olub.
Bir saatlıq nahar fasiləsindən sonra testlər davam edəcək.
Nəticələrin cədvəli
| # | Pilot | Komanda | Liderlə fərq | Ən yaxşı dövrə | Dövrə sayı |
| 1 | Charles Leclerc | Ferrari | Lider | 1:34.273 | 62 |
| 2 | Lando Norris | McLaren | +0.511 | 1:34.784 | 64 |
| 3 | Pierre Gasly | Alpine | +2.450 | 1:36.723 | 61 |
| 4 | Oliver Bearman | Haas | +2.752 | 1:37.025 | 55 |
| 5 | Alex Albon | Williams | +2.956 | 1:37.229 | 62 |
| 6 | Nico Hülkenberg | Audi | +2.993 | 1:37.266 | 47 |
| 7 | Liam Lawson | Racing Bulls | +3.744 | 1:38.017 | 50 |
| 8 | Sergio Perez | Cadillac | +4.380 | 1:38.653 | 42 |
| 9 | Fernando Alonso | Aston Martin | +4.687 | 1:38.960 | 55 |
| 10 | Kimi Antonelli | Mercedes | – | – | 3 |
| 11 | Isack Hadjar | Red Bull | – | – | 1 |




Şərh əlavə et