Xəbəri Kokpitdə Oxuyun!

İlk günün səhər sessiyası başa çatıb

Bu il Bəhreyndə keçirilən testlərdə hava 2025-ci illə müqayisədə xeyli istidir və bu da komandalara yeni mövsümün ilk yarışlarının baş tutacağı şərtlərə yaxın şəraitdə işləməyə imkan verib.

Komandalar artıq maşınları çəkiliş günlərində və Barselonadakı qapalı testlərdə sınaqdan keçiriblər. Həmin mərhələ ilə müqayisədə əksəriyyəti yeniliklər gətirib, Audi-nin maşını isə saydpodların fərqli forması səbəbindən vizual olaraq da dəyişib.

İlk saatlarda əsas diqqət aerodinamikaya yönəldilib. Sürücülər aerodinamik boya və hava təzyiqini ölçən sensor barmaqlıqları ilə trasa çıxaraq sabit sürətlə dövrələr vurublar.

Sessiya bir dəfə Alpine-in maşınındakı problemə görə qırmızı bayraqlarla dayandırılıb, lakin bokslarda yoxlamadan sonra Franko Kolapinto yenidən trasa qayıdıb.

Heç kim sürət üzərində işləməyib. Belə ki,  komandalar tamamilə başqa tapşırıqları yerinə yetirib, əsas məqsəd məsafə qət etmək olub və bu iş kifayət qədər uğurlu alınıb. Artıq ilk günün səhər sessiyasında bəzi sürücülər yarış məsafəsindən (Bəhreyndə 57 dövrə) daha çox məsafə qət ediblər.

Protokola Maks Ferstappen başçılıq edib. O, Medium təkərlərlə 1:35.433 zaman nəticəsi göstərib. Hələlik zamanlar ötən ilin göstəricilərindən xeyli uzaqdır. 2025-ci ildə ilk günün səhər sessiyasında ən yaxşı nəticə düz dörd saniyə daha sürətli olub.

Bir saatlıq fasilədən sonra testlər davam edəcək. Əksər komandalarda sürücü dəyişiklikləri baş tutacaq.

Birinci Gün – Səhər Sessiyası

# Sürücü Komanda Ən sürətlidən fərq Dövrə
1 Max Verstappen Red Bull 1:35.433 65
2 Oscar Piastri McLaren +0.169 54
3 George Russell Mercedes +0.675 56
4 Lewis Hamilton Ferrari +1.000 52
5 Esteban Ocon Haas +1.736 63
6 Arvid Lindblad Racing Bulls +2.512 75
7 Carlos Sainz Williams +2.788 77
8 Gabriel Bortoleto Audi +3.438 49
9 Valtteri Bottas Cadillac +3.717 49
10 Lance Stroll Aston Martin +4.450 33
11 Franco Colapinto Alpine +4.897 28

 

Rauf Hacıyev

Şərh əlavə et