Xəbəri Kokpitdə Oxuyun!

Bəhreyndə testlərin ilk günü başlayıb

Racing Bulls komandası Bəhreyndə keçiriləcək testlərdə sürücülərin iş qrafikini ən son açıqlayan komanda olub.

Kokpit.az olaraq daha əvvəl digər komandaların test proqramını təqdim etmişdik. Bu gün tam gün və sabah günortadan sonra mövsümün yeganə debütantı Arvid Lindblad maşınla işləyəcək. Onun komanda yoldaşı Lyam Louson isə cümə axşamı səhər sükan arxasına keçəcək və bütün cümə günü test proqramını yerinə yetirəcək.

Aşağıda iştirak cədvəli ilə tanış ola bilərsiz.

Komanda 11 fevral 12 fevral 13 fevral
McLaren Piastri/Norris Norris/Piastri Piastri/Norris
Mercedes Rassell/Antonelli Antonelli/Rassell Rassell/Antonelli
Red Bull Racing Ferstappen Həcər Ferstappen/Həcər
Ferrari Həmilton/Lekler elan edilməyib elan edilməyib
Williams Sayns/Elbon Elbon/Sayns Sayns/Elbon
Racing Bulls Lindblad Louson/Lindblad Louson
Aston Martin Stroll Alonso Stroll/Alonso
Haas F1 Okon Berman Berman/Okon
Audi Bortoleto/Hülkenberq Hülkenberq/Bortoleto Bortoleto/Hülkenberq
Alpine Kolapinto/Qasli Qasli Kolapinto
Cadillac Bottas/Peres Peres/Bottas Bottas/Peres

 

Gilanur Huseynova

Şərh əlavə et