Xəbəri Kokpitdə Oxuyun!

L.Mekis ilk testlərə gəlməyəcək

Red Bull Racing komandasının rəhbəri Loran Mekis 11–13 fevral tarixlərində Bəhreyndə keçiriləcək mövsümöncəsi testlərin ilk üçgünlük sessiyasını buraxacaq.

Racingnews365 nəşrinin məlumatına görə, Mekis kiçik planlı tibbi prosedurdan sonra evdə qalmağa qərarı verib. Nəşr əlavə təfərrüat açıqlamayıb.

48 yaşlı fransız mütəxəssisin yaxın günlərdə komanda ilə daim əlaqədə olacağı və 18–20 fevral tarixlərində keçiriləcək testlərin ikinci sessiyası üçün Bəhreynə uçacağı gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et