Xəbəri Kokpitdə Oxuyun!

Williams çəkiliş günü edir

Williams komandası testlərdən əvvəl boliddəki sistemləri sınaqdan keçirmək üçün Bəhreyndə çəkiliş günü edir.

Williams komandası yeni bolidini bu gün ilk dəfə aktual rəng çalarında trasda sınaqdan keçirəcək. Komanda Bəhreyndə çəkiliş günü təşkil edir. Sabah isə burada rəsmi qış testləri start götürəcək.

Williams tərəfdaşlar və sponsorlar üçün icazə verilən çəkiliş gününü keçirərkən, eyni zamanda vaxt itirməmək üçün bolidin əsas sistemlərini yoxlayıb. Trasda ilk olaraq Aleks Elbon işləyib, daha sonra onu Karlos Sayns əvəz edəcək.

Qeyd edək ki, komandalar çəkiliş günündə Pirelli-nin şou təkərləri ilə 200 kilometr məsafə qət edə bilərlər.

Rauf Hacıyev

Şərh əlavə et