Kokpit.az xatırladır ki, hazırda komandanın rəhbəri postunu Adrian Nyui tutur, Kouell isə 31 dekabr 2025-ci ildə AMR Performance Group-un direktoru vəzifəsindən azad edilib. Şayiələrə görə, o, yeni işindən razı qalmayıb. Kouell Tokioda Honda-nın güc qurğusunun təqdimatında iştirak edib, lakin gözlənilir ki, o, yay fasiləsinədək komandadan ayrılacaq. Qeyd edək ki, Kauell komandaya 2024-cü ilin yayında qoşulub.
Xatırladaq ki, 56 yaşlı mütəxəssis Formula 1-də zəngin təcrübəyə malikdir. Onun Aston Martin-dən əvvəlki iş yeri 2008-ci ildən 2020-ci ilə qədər Mercedes-AMG High Performance Powertrains olub. Endi Mercedes-in turbo-eradakı arıdıcıl çempionluqlarında vacib rol oynayıb.




Şərh əlavə et