BBC Sport-un məlumatına görə, bu təqdimat Cadillac-a təxminən 10 milyon ABŞ dollarına başa gəlib.
Cadillac-ın bolidi artıq Bəhreyndədir və komanda testlərə hazırlıq görür. Komanda dünən Saxir trasında çəkiliş günü keçirib bu çərçivədə 200 kilometr məsafə qət etmək imkanı olub.
Sükan arxasına növbə ilə Serxio Peres və Valtteri Bottas əyləşib. Çəkiliş günü ərzində hər hansı texniki problemlər barədə məlumat verilməyib.




Şərh əlavə et